Futbol üzrə Avropa çempionatının D qrupunda II turun növbəti oyunu keçirilib.
"Report"un məlumatına görə, ilk matçda qələbə qazanan İngiltərə Şotlandiya ilə üz-üzə gəlib.
Londondakı "Uembli" stadionunda gerçəkləşən qarşılaşmanı ispaniyalı hakim Antonio Migel Mateu Laos idarə edib. Görüş başladığı kimi qolsuz bərabərliklə bitib.
Bu nəticədən sonra xallarının sayını 4-ə çatdıran İngiltərə Çexiya ilə birlikdə ilk iki pilləni bölüşdürür. Şotlandiya və Xorvatiyanın isə 1 xalı var.