AVRO-2020: İsveç millisi Slovakiyaya qalib gəldi

AVRO-2020: İsveç millisi Slovakiyaya qalib gəldi Futbol üzrə Avropa çempionatının E qrupunda II tura start verilib.
Futbol
18 İyun , 2021 18:50
AVRO-2020: İsveç millisi Slovakiyaya qalib gəldi

Futbol üzrə Avropa çempionatının E qrupunda II tura start verilib.

"Report"un məlumatına görə, Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadionda İsveç və Slovakiya yığmaları üz-üzə gəliblər.

Matçın taleyini 1 qol həll edib. 77-ci dəqiqədə penaltidən fərqlənən Emil Forsberq skandinaviyalılara vacib qələbə qazandırıb.

Bu nəticədən sonra xallarını 4-ə çatdıran İsveç seçməsi liderliyə yüksəlib. 3 xalı olan slovakiyalılar isə ikincidir.

Qeyd edək ki, bu qrupun digər oyununda İspaniya və Polşa kollektivləri qarşılaşacaqlar. Sevilyada oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi