Futbol üzrə Avropa çempionatının Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək oyunlarını 15 900 azarkeş izləyə biləcək.
"Report"un məlumatına görə, AVRO-2020-nin Danimarka üzrə Təşkilat Komitəsi "Parken" stadionundakı 4 oyun üçün tamaşaçı sayının artırılmasını qərara alıb.
Bu arenanın ümumi tutumu 38 min nəfərlikdir. Danimarka UEFA-ya minimum 25 faiz kvota təminatını vermişdi.
"Parken"də qrup mərhələsinin Danimarka - Finlandiya, Danimarka - Belçika və Rusiya - Danimarka oyunları, habelə 1/8 final mərhələsinin bir görüşü keçiriləcək.
Qeyd edək ki, Avropa çempionatı 11 iyun - 11 iyulda olacaq.