AVRO-2020: Son 3 vəsiqənin sahibi məlum oldu

AVRO-2020: Son 3 vəsiqənin sahibi məlum oldu Futbol üzrə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanan son 3 ölkənin adı müəyyənləşib.
Futbol
13 Noyabr , 2020 02:24
AVRO-2020: Son 3 vəsiqənin sahibi məlum oldu

Futbol üzrə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanan son 3 ölkənin adı müəyyənləşib.

"Report"un məlumatına görə, bunlar Macarıstan, Slovakiya və Şotlandiyadır. Macarıstan İslandiyanı uzatma dəqiqələrində, Slovakiya Şimali İrlandiyanı əlavə vaxtda üstələyib. Şotlandiya isə Serbiya ilə qarşılaşmanın əsas vaxtını 1:1 hesablı heç-heçə ilə tamamlasa da, penaltilər seriyasında üstün olub - 5:4.

Qeyd edək ki, daha əvvəl Şimali Makedoniya Gürcütanı 1:0 hesabı ilə yenərək, tarixində ilk dəfə adını Avropa çempionatının iştirakçıları siyahısına yazdırıb.

12 noyabr

AVRO-2020

Pley-off, final

A yolu

23:45. Macarıstan – İslandiya - 2:1

Qollar: Loik Neqo, 88. Dominik Şoboşlai, 90+2 - Gilfi Siqurdsson, 11

B yolu

23:45. Şimali İrlandiya – Slovakiya - 1:2 (ƏLAVƏ VAXT - 0:1)

Qollar: Milan Şkrinyar, 88 (öz qapısına) - Yuray Kutska, 17. Mixal Düriş, 110

C yolu

23:45. Serbiya – Şotlandiya - 1:1 (ƏLAVƏ VAXT - 0:0, PENALTİLƏRLƏ - 4:5)

Qollar: Luka Yoviç, 90 - Rayan Kristi, 52

D yolu

21:00. Gürcüstan - Şimali Makedoniya - 0:1

Qol: Qoran Pandev, 56

Qeyd edək ki, koronavirus pandemiyasına görə gələn ilə təxirə salınmış AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. Çempionat oyunları 2021-ci il iyunun 11-dən iyulun 11-dək keçiriləcək.

Son xəbərlər

Orphus sistemi