UEFA AVRO-2020-yə ev sahibliyi edəcək şəhərlərin dəyişdiriləcəyi ilə bağlı məlumatları təkzib edib.
"Report" xəbər verir ki, qurumun İcraiyyə Komitəsinin üzvü Aleksey Sorokin "Rossiya 24" telekanalına müsahibəsində bunun həm çətin, həm də baha başa gələcəyini deyib.
O bildirib ki, hansısa ölkədə oyun keçirmək mümkün olmasa, ən pis halda həmin matçlar digər təşkilatçı şəhərlər arasında bölüşdürülə bilər.
Qeyd edək ki, Avropa çempionatı koronavirus pandemiyası ilə əlaqədar gələn il 11 iyun - 11 iyula təxirə salınıb. Oyunlar Avropanın 12 şəhərində, o cümlədən, Bakıda keçirilməlidir.