Uels millisi Avropa çempionatının A qrupunda Türkiyə yığmasına qarşı matçdan əvvəl sonuncu məşqinə çıxıb.
"Report"un məlumatına görə, baş məşqçi Robert Peycin rəhbərliyi altındakı hazırlıq prosesi oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionunda (BOS) baş tutub.
Qarşılaşma sabah saat 20:00-da başlayacaq.
Qeyd edək ki, Uels seçməsi iyunun 12-də BOS-da İsveçrə ilə heç-heçə edib - 1:1. Türkiyə isə Romadakı açılış matçında İtaliyaya uduzub - 0:3.