AVRO-2020: Yığmanın qəribə məşqi tənqid olundu

AVRO-2020: Yığmanın qəribə məşqi tənqid olundu Futbol üzrə Avropa çempionatında mübarizə aparan Şimali Makedoniya millisinin Ukrayna ilə C qrupunun II tur matçından öncəki məşqindən maraqlı video yayılıb.
Futbol
18 İyun , 2021 19:06
AVRO-2020: Yığmanın qəribə məşqi tənqid olundu

Futbol üzrə Avropa çempionatında mübarizə aparan Şimali Makedoniya millisinin Ukrayna ilə C qrupunun II tur matçından öncəki məşqindən maraqlı video yayılıb.

"Report"un məlumatına görə, videodan da göründüyü kimi futbolçular əllərindəki konuslarla topu bir-birilərinə ötürməyə çalışırlar. Görüntülərə sutka ərzində 3,5 milyon baxış olub.

18 min sosial şəbəkə istifadəçisi videonu bəyənsə də, yığmanı tənqid edənlər də çox olub. İstifadəçilərdən biri isə məşq prosesi ilə bağlı bu cür şərh yazıb: "Qrupda niyə xalsız olduğunuzu özünüzdən soruşmağa ehtiyac yoxdur. Hətta U-13 komandaları belə, məşqə daha ciddi yanaşırlar".

Qeyd edək ki, Şimali Makedoniya millisi qrupda keçirdiyi 2 oyundan sonra xal qazana bilməyib.

Son xəbərlər

Orphus sistemi