AVRO-2023: Azərbaycanın U-21 yığması Xorvatiya ilə qarşılaşacaq

AVRO-2023: Azərbaycanın U-21 yığması Xorvatiya ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi 2023-cü il Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.
Futbol
12 Oktyabr , 2021 07:45
AVRO-2023: Azərbaycanın U-21 yığması Xorvatiya ilə qarşılaşacaq

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi 2023-cü il Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.

"Report"un məlumatına görə, Milan Obradoviçin baş məşqçi olduğu komanda A qrupundakı 4-cü sınağında Xorvatiya ilə üz-üzə gələcək.

Sumqayıtdakı "Kapital Bank Arena"da oynanılacaq qarşılaşma saat 20:30-da başlayacaq. Matçı Çexiyadan olan FIFA referisi Ondrjey Berka idarə edəcək.

Azərbaycan millisi qrupda keçirdiyi ilk iki görüşdə Xorvatiya və Avstriyaya məğlub olub, üçüncü oyunda isə Finlandiya ilə heç-heçə edib. Hazırda 1 xalı olan yığma 6 kollektiv arasında 5-ci pillədə qərarlaşıb. Xorvatiya isə 9 xalla 2-cidir.

AVRO-2023-ün seçmə mərhələsi

12 oktyabr

20:30. Azərbaycan – Xorvatiya
Baş hakim: Ondrjey Berka (Çexiya)
Sumqayıt. “Kapital Bank Arena”

Xal durumu: Avstriya - 9 (4 oyuna), Xorvatiya - 9 (3), Norveç - 6 (3), Finlandiya - 4 (3) , Azərbaycan - 1 (3), Estoniya - 0 (4)

Qeyd edək ki, qrupun digər matçlarında Norveç Estoniyanı, Finlandiya isə Avstriyanı qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi