AVRO-2024: Belçika millisi Rumıniyanı məğlub edib - YENİLƏNİB - 5

AVRO-2024: Belçika millisi Rumıniyanı məğlub edib - YENİLƏNİB - 5 Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsində II turun sonuncu matçı başlayıb.
Futbol
23 İyun , 2024 00:49
AVRO-2024: Belçika millisi Rumıniyanı məğlub edib - YENİLƏNİB - 5

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsində II tur başa çatıb.

"Report"un məlumatına görə, E qrupunda Belçika yığması Rumıniya ilə üz-üzə gəlib.

Qarşllaşma birincilərin qələbəsi ilə bitib - 2:0. Belçika millisinin heyətində 2-ci dəqiqədə Yuri Tilemans hesabı açıb. 80-ci dəqiqədə Kevin De Bruyne adını tabloya yazdırıb.

Ötən gün baş tutan görüşdə Ukrayna Slovakiyanı 2:1 hesabı ilə üstələyib. F qrupunda dörd komandanın hər birinin 3 xalı var.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.

00:35

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının E qrupunun Belçika - Rumıniya oyununda ikinci qol vurulub.

"Report"un məlumatına görə, Belçika yığması fərqi artırıb - 2:0.

80-ci dəqiqədə Kevin De Bruyne fərqlənib.

2024-06-22 23:47

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının E qrupunun Belçika - Rumıniya oyununda ikinci hissə start götürüb.

"Report"un məlumatına görə, Belçika yığması hazırda hesabda öndədir - 1:0.

2-ci dəqiqədə Yuri Tilemans fərqlənib.

2024-06-22 23:47

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının E qrupundakı Belçika - Rumıniya oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, Belçika yığması fasiləyə öndə yollanıb - 1:0.

2-ci dəqiqədə Yuri Tilemans fərqlənib.

23:03

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının E qrupundakı Belçika - Rumıniya oyununda hesab açılıb.

"Report"un məlumatına görə, belçikalı yarımmüdafiəçi Yuri Tilemans 2-ci dəqiqədə fərqlənib.

23:00

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun sonuncu matçı başlayıb.

"Report"un məlumatına görə, E qrupundakı Belçika - Rumıniya oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Qarşılaşmanı polşalı Şimon Marçinyak idarə edir.

Qeyd edək ki, Rumıniya ilk görüşdə Ukraynanı üç cavabsız qolla üstələyib. Belçika isə Slovakiyaya minimal hesabla uduzub - 0:1.

AVRO-2024 iyulun 14-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi