AVRO-2024: Gürcüstan final mərhələsinin bir addımlığında

AVRO-2024: Gürcüstan final mərhələsinin bir addımlığında Bu gün AVRO-2024-ün pley-off mərhələsində oyunları keçirilib.
Futbol
22 Mart , 2024 02:18
AVRO-2024: Gürcüstan final mərhələsinin bir addımlığında

Bu gün AVRO-2024-ün pley-off mərhələsində 6 oyun keçirilib.

“Report” xəbər verir ki, ilk matçda Gürcüstan ilə Lüksemburq milliləri qarşılaşıblar.

Gürcüstan doğma meydanda rəqibinə 2:0 hesabı ilə qalib gəlib. Hər iki qolu Budu Zivzivadze vurub.

Pley-off mərhələsinin digər oyunlarının nəticələri:

A Liqası

Polşa - Estoniya 5:1

Uels - Finlandiya 4:1

B Liqası

Ukrayna - Bosniya və Herseqovina 2:1

İslandiya – İsrail 4:1

C Liqası

Yunanıstan - Qazaxıstan 5:0

Gürcüstan - Lüksemburq 2:0

Bu nəticələrə əsasən, pley-offun finalında Polşa - Uels, Ukrayna - İslandiya və Gürcüstan - Yunanıstan oyunları baş tutacaq. Qarşılaşmalar martın 26-da keçiriləcək. Qələbə qazanan yığmalar AVRO-2024-ün final mərhələsinə vəsiqə qazanacaqlar.

Son xəbərlər

Orphus sistemi