AVRO-2024: İspaniya ilk yarımfinalçı olub - YENİLƏNİB - 7

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub - YENİLƏNİB - 7 Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Almaniya yığmaları arasında 1/4 final görüşü başlayıb.
Futbol
5 İyul , 2024 22:37
AVRO-2024: İspaniya ilk yarımfinalçı olub - YENİLƏNİB - 7

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Almaniya yığmaları arasında keçirilən 1/4 final görüşü başa çatıb.

"Report" xəbər verir ki, Ştutqartdakı "MHP Arena"da keçirilən qarşılaşmada ispanlar 2:1 hesablı qələbə qazanıblar.

Hesabı 52-ci dəqiqədə ispanlardan Dani Olmo açıb. 89-cu dəqiqədə isə Florian Virts "status-kvo"nu bərpa edib. Matçın əsas vaxtı heç-heçə ilə yekunlaşdığından qalib əlavə dəqiqələrdə müəyyənləşib. Hər biri 15 dəqiqədən ibarət əlavə iki hissənin sonuncu dəqiqəsində dəqiq zərbə endirən Mikel Merino pireneyliləri yarımfinala daşıyıb.

Qeyd edək ki, İspaniya millisinin yarımfinaldakı rəqibi Portuqaliya - Fransa cütünün qalibi olacaq.

22:00

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Almaniya yığmaları arasında keçirilən 1/4 final görüşündə əlavə vaxt start götürüb.

"Report" xəbər verir ki, Ştutqartdakı "MHP Arena"da keçirilən qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşdığından, qalibi müəyyən etmək üçün hər biri 15 dəqiqədən ibarət iki əlavə hissə oynanılacaq.

Qeyd edək ki, görüşdə hesabı 52-ci dəqiqədə ispanlardan Dani Olmo açıb. 89-cu dəqiqədə isə Florian Virts "status-kvo"nu bərpa edib.

21:53

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Almaniya yığmaları arasında keçirilən 1/4 final görüşünün əsas vaxtı 1:1 yekunlaşıb.

"Report" xəbər verir ki, Ştutqartdakı "MHP Arena"da keçirilən qarşılaşmada hər biri 15 dəqiqədən ibarət olan iki əlavə hissə oynanılacaq.

Qeyd edək ki, görüşdə hesabı 52-ci dəqiqədə ispanlardan Dani Olmo açıb. 89-cu dəqiqədə isə Florian Virts "status-kvo"nu bərpa edib.

21:48

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Almaniya yığmaları arasında keçirilən 1/4 final görüşündə növbəti qol vurulub.

"Report" xəbər verir ki, Ştutqartdakı "MHP Arena"da keçirilən qarşılaşmada Bundestim hesabı bərabərləşdirib - 1:1.

89-cu dəqiqədə Florian Virts "status-kvo"nu bərpa edib.

21:12

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Almaniya yığmaları arasında keçirilən 1/4 final görüşündə hesab açılıb.

"Report" xəbər verir ki, Ştutqartdakı "MHP Arena"da keçirilən qarşılaşmada meydan sahibləri qapılarında qol görüblər.

52-ci dəqiqədə Dani Olmo fərqlənib.

21:04

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Almaniya yığmaları arasında keçirilən 1/4 final görüşündə ikinci hissə başlayıb.

"Report" xəbər verir ki, Ştutqartdakı "MHP Arena"da keçirilən qarşılaşmada hesab açılmayıb.

Görüşü ingiltərəli referi Entoni Teylor idarə edir.

20:47

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Almaniya yığmaları arasında keçirilən 1/4 final görüşündə ilk hissə başa çatıb.

"Report" xəbər verir ki, Ştutqartdakı "MHP Arena"da keçirilən qarşılaşmada hesab açılmayıb.

Görüşü ingiltərəli referi Entoni Teylor idarə edir.

20:00

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Almaniya yığmaları arasında keçirilən 1/4 final görüşü başlayıb.

"Report" xəbər verir ki, qarşılaşma Ştutqartdakı "MHP Arena"da keçirilir.

Görüşü ingiltərəli referi Entoni Teylor idarə edir.

Son xəbərlər

Orphus sistemi