AVRO-2024: İngiltərə millisi 1/4 finala vəsiqə qazanıb - YENİLƏNİB - 8

AVRO-2024: İngiltərə millisi 1/4 finala vəsiqə qazanıb - YENİLƏNİB - 8 Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində günün ilk - İngiltərə - Slovakiya matçı start götürüb.
Futbol
30 İyun , 2024 22:47
AVRO-2024: İngiltərə millisi 1/4 finala vəsiqə qazanıb - YENİLƏNİB - 8

Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində keçirilən İngiltərə - Slovakiya matçına yekun vurulub.

"Report" xəbər verir ki, qarşılşamanın 25-ci dəqiqəsində İvan Şrants Slovakiya yığmasını hesabda önə çıxarıb.

Ancaq komanda üstünlüyü sona qədər qoruya bilməyib. 90+5-ci dəqiqədə Cud Bellinqem İngiltərə millisinin bərabərlik qolunu vurub.

Qarşılşamanın 90 dəqiqəsi heç-heçə bitdiyindən əlvə 30 dəqiqəlik vaxta ehtiyac duyulub. 91-ci dəqiqədə Harri Keyn İngiltərə millisinin ikinci qolunu vurmağa müvəffəq olub. Beləliklə, komanda 1/4 finala vəsiqə qazanıb.

Qeyd edək ki, İngiltərə yığması 1/4 finalda İsveçrə ilə üz-üzə gələcək. Qarşılaşma iyulun 6-da Düsseldorfda keçiriləcək.

22:05

Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində keçirilən İngiltərə - Slovakiya matçında əlavə vaxtda İngiltərə hesabda irəli çıxıb.

"Report" xəbər verir ki, Harri Keyn 91-ci dəqiqədə fərqlənib.

Cud Bellinqem 90+5-ci dəqiqədə İngiltərə millisinin bərabərlik qolunu vurub və matçın 90 dəqiqəsi 1:1 hesabı ilə bitib. Slovakiya yığmasından İvan Şrants 25-ci dəqiqədə fərqlənib.

21:58

Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində keçirilən İngiltərə - Slovakiya matçında əlavə vaxt oynanılacaq.

"Report" xəbər verir ki, Cud Bellinqem 90+5-ci dəqiqədə İngiltərə millisinin bərabərlik qolunu vurub və matçın 90 dəqiqəsi 1:1 hesabı ilə bitib.

Slovakiya millisindən İvan Şrants 25-ci dəqiqədə fərqlənib.

21:05

Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində keçirilən İngiltərə - Slovakiya matçında ikinci hissə başlayıb.

"Report" xəbər verir ki, hazırda davam edən matçda Slovakiya yığması hesabda öndədir - 1:0.

İvan Şrants 25-ci dəqiqədə fərqlənib.

20:50

Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində keçirilən İngiltərə - Slovakiya matçında ilk hissə başa çatıb.

"Report" xəbər verir ki, Slovakiya yığması fasiləyə 1:0 üstünlüklə yollanıb.

İvan Şrants 25-ci dəqiqədə fərqlənib.

20:28

Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində keçirilən İngiltərə - Slovakiya matçında hesab açılıb.

"Report" xəbər verir ki, İvan Şrants 25-ci dəqiqədə Slovakiya yığmasını hesabda önə çıxarıb.

Qeyd edək ki, matçı türkiyəli referi Halil Umut Meler idarə edir.

20:00

Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində günün ilk - İngiltərə - Slovakiya matçı start götürüb.

"Report" xəbər verir ki, qarşılaşma Helzenkirhen şəhərindəki "Feltins Arena"da keçirilir.

Qeyd edək ki, matçı türkiyəli referi Halil Umut Meler idarə edir.

Son xəbərlər

Orphus sistemi