AVRO-2024: İngiltərə və Slovakiya komandaları böyük turnirlərdə cəmi bir dəfə qarşılaşıb

AVRO-2024: İngiltərə və Slovakiya komandaları böyük turnirlərdə cəmi bir dəfə qarşılaşıb Almaniyada təşkil olunan Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində bu gün qarşılaşacaq İngiltərə və Slovakiya milliləri daha əvvəl böyük turnirlərdə (Avropa və dünya çempionatı) cəmi 1 dəfə üz-üzə gəlib.
Futbol
30 İyun , 2024 10:37
AVRO-2024: İngiltərə və Slovakiya komandaları böyük turnirlərdə cəmi bir dəfə qarşılaşıb

Almaniyada təşkil olunan Avropa çempionatının 1/8 finalında bu gün qarşılaşacaq İngiltərə və Slovakiya milliləri daha əvvəl böyük turnirlərdə (Avropa və dünya çempionatı) cəmi 1 dəfə üz-üzə gəliblər.

“Report” xəbər verir ki, 2016-cı ildə təşkil olunan Avropa çempionatının B qrupunda mübarizə aparan komandaların görüşü qolsuz yekunlaşıb.

Kölndəki “Reyn Enerqi” stadionunda münasibətlərə aydınlıq gətirəcək İspaniya və Gürcüstan yığmaları isə heç vaxt mötəbər turnirlərin final mərhələlərində üz-üzə gəlməyiblər.

Qeyd edək ki, İngiltərə - Slovakiya matçı Bakı vaxtı ilə saat 20:00-da, İspaniya - Gürcüstan qarşılaşması isə 23:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi