AVRO-2024: İspaniya 4-cü dəfə Avropa çempionu olub - YENİLƏNİB 6

AVRO-2024: İspaniya 4-cü dəfə Avropa çempionu olub - YENİLƏNİB 6 Almaniyada təşkil olunan Avropa çempionatında İspaniya və İngiltərə milliləri arasında final matçına start verilib.
Futbol
15 İyul , 2024 00:58
AVRO-2024: İspaniya 4-cü dəfə Avropa çempionu olub - YENİLƏNİB 6

Almaniyada təşkil olunan Avropa çempionatının İspaniya və İngiltərə komandaları arasında keçirilən final matçının qalibi müəyyənləşib.

"Report" xəbər verir ki, İspaniya yığması 4-cü dəfə Avropa çempionu olub.

Komandaya qələbə gətirən qolları Niko Uilyams (47) və Mikel Oyarzabal (86) vurub. İngiltərə yığmasından isə Koul Palmer 73-cü dəqiqədə rəqib qapısına yol tapıb. Beləliklə, İspaniya millisi İngiltərəni 2:1 hesabı ilə məğlubiyyətə uğradaraq növbəti titulunu qazanıb.

00:48

Almaniyada təşkil olunan Avropa çempionatının İspaniya və İngiltərə komandaları arasında keçirilən final matçında hesab dəyişib.

"Report" xəbər verir ki, İspaniya millisinin üzvü Niko Uilyams 47-ci dəqiqədə fərqlənib - 1:0. İngiltərə yığmasından Koul Palmer 73-cü dəqiqədə bərabərliyi təmin edib - 1:1. Mikel Oyarzabal 86-cı dəqiqədə İspaniya komandasını hesabda önə çıxarıb - 2:1.

Oyunu fransalı hakim Fransua Leteksye idarə edir.

https://t.me/reportnewsaz/115875

00:33

Almaniyada təşkil olunan Avropa çempionatının İspaniya və İngiltərə komandaları arasında keçirilən final matçında hesab bərabərləşib.

"Report" xəbər verir ki, İspaniya millisinin üzvü Niko Uilyams 47-ci dəqiqədə fərqlənib - 1:0. İngiltərə yığmasında isə Koul Palmer 73-cü dəqiqədə bərabərliyi təmin edib - 1:1.

Oyunu fransalı hakim Fransua Leteksye idarə edir.

https://t.me/reportnewsaz/115873

00:07

Almaniyada təşkil olunan Avropa çempionatının İspaniya və İngiltərə komandaları arasında keçirilən final matçında hesab açılıb.

"Report" xəbər verir ki, İspaniya millisinin üzvü Niko Uilyams 47-ci dəqiqədə fərqlənib - 1:0.

Oyunu fransalı hakim Fransua Leteksye idarə edir.

https://t.me/reportnewsaz/115871

00:02

Almaniyada təşkil olunan Avropa çempionatının İspaniya və İngiltərə komandaları arasında keçirilən final matçında ikinci hissə başlayıb.

"Report" xəbər verir ki, hazırda davam edən oyunda hesab açılmayıb.

Oyunu fransalı hakim Fransua Leteksye idarə edir.

23:47

Almaniyada təşkil olunan Avropa çempionatının İspaniya və İngiltərə komandaları arasında keçirilən final matçında ilk hissə başa çatıb.

"Report" xəbər verir ki, komandalar fasiləyə qolsuz yollanıb.

Oyunu fransalı hakim Fransua Leteksye idarə edir.

23:00

Almaniyada təşkil olunan Avropa çempionatında İspaniya və İngiltərə milliləri arasında final matçına start verilib.

"Report"un məlumatına görə, qarşılaşma Berlindəki Olimpiya stadionunda keçirilir.

Oyunu fransalı hakim Fransua Leteksye idarə edir.

Son xəbərlər

Orphus sistemi