AVRO-2024: Fransa növbəti yarımfinalçı olub - YENİLƏNİB - 6

AVRO-2024: Fransa növbəti yarımfinalçı olub - YENİLƏNİB - 6 Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Portuqaliya və Fransa yığmaları arasında keçirilən 1/4 final görüşü start götürüb.
Futbol
6 İyul , 2024 01:42
AVRO-2024: Fransa növbəti yarımfinalçı olub  - YENİLƏNİB - 6

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Portuqaliya və Fransa yığmaları arasında keçirilən 1/4 final görüşü başa çatıb.

"Report" xəbər verir ki, Hamburqdakı “Folksparkştadion"da keçirilən qarşılaşmanın əsas və əlavə vaxtı 0:0 hesabı ilə yekunlaşdığından, qalibi müəyyən etmək üçün penalti zərbələrinə ehtiyac duyulub.

Burada daha dəqiq oynayan (5:3) fransızlar yarımfinala yüksələrək İspaniyaya rəqib olublar.

Qeyd edək ki, İspaniya - Fransa matçı iyulun 9-da, saat 23:00-da start götürəcək.

01:30

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Portuqaliya və Fransa yığmaları arasında keçirilən 1/4 final görüşündə əlavə vaxt başa çatıb.

"Report" xəbər verir ki, Hamburqdakı “Folksparkştadion"da keçirilən qarşılaşmanın əsas və əlavə vaxtı 0:0 hesabı ilə yekunlaşdığından, qalibi müəyyən etmək üçün penalti zərbələrinə ehtiyac duyulub.

00:55

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Portuqaliya və Fransa yığmaları arasında keçirilən 1/4 final görüşündə əlavə vaxt start götürüb.

"Report" xəbər verir ki, Hamburqdakı “Folksparkştadion"da keçirilən qarşılaşmanın əsas vaxtı 0:0 hesabı ilə yekunlaşdığından, qalibi müəyyən etmək üçün hər biri 15 dəqiqədən ibarət iki əlavə hissə oynanılacaq.

Görüşü ingiltərəli referi Maykl Oliver idarə edir.

00:51

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Portuqaliya və Fransa yığmaları arasında keçirilən 1/4 final görüşünün əsas vaxtı 0:0 yekunlaşıb.

"Report" xəbər verir ki, Hamburqdakı “Folksparkştadion"da keçirilən qarşılaşmada hər biri 15 dəqiqədən ibarət olan iki əlavə hissə oynanılacaq.

Görüşü ingiltərəli referi Maykl Oliver idarə edir.

00:02

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Portuqaliya və Fransa yığmaları arasında keçirilən 1/4 final görüşündə ikinci hissə başlayıb.

"Report" xəbər verir ki, “Folksparkştadion"dakı matçda hesab açılmayıb.

Görüşü ingiltərəli referi Maykl Oliver idarə edir.

23:46

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Portuqaliya və Fransa yığmaları arasında keçirilən 1/4 final görüşündə ilk hissə yekunlaşıb.

"Report" xəbər verir ki, “Folksparkştadion"dakı matçda hesab açılmayıb.

Görüşü ingiltərəli referi Maykl Oliver idarə edir.

23:00

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Portuqaliya və Fransa yığmaları arasında keçirilən 1/4 final görüşü start götürüb.

"Report" xəbər verir ki, qarşılaşma Hamburqdakı “Folksparkştadion"da keçirilir.

Görüşü ingiltərəli referi Maykl Oliver idarə edir.

Son xəbərlər

Orphus sistemi