AVRO-2024: Toni Kroos qrup mərhələsində ən çox dəqiq ötürmə verən yarımmüdafiəçi olub

AVRO-2024: Toni Kroos qrup mərhələsində ən çox dəqiq ötürmə verən yarımmüdafiəçi olub Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsində ən dəqiq ötürmələr edən futbolçu Almaniya millisinin üzvü Toni Kroos olub.
Futbol
28 İyun , 2024 10:01
AVRO-2024: Toni Kroos qrup mərhələsində ən çox dəqiq ötürmə verən yarımmüdafiəçi olub

Almaniya millisinin üzvü Toni Kroos Avropa çempionatının qrup mərhələsində ən çox dəqiq ötürmə verən yarımmüdafiəçi olub.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi 326 dəqiq ötürmə ilə siyahıya başçılıq edir.

Almaniyalı futbolçu həmçinin AVRO-2016-dakı rekordunu (323) yeniləyib.

Siyahıda ikinci pillədə 221 dəqiq ötürmə ilə Nikola Barella (İtaliya) yer alıb.

İlk "üçlüy"ü 219 ötürmə ilə İtaliya millisinin digər üzvü Jorjinyo qapayıb.

Son xəbərlər

Orphus sistemi