Avropa çempionatında meydana azarkeş daxil olub

Avropa çempionatında meydana azarkeş daxil olub Fanat özünü qapıya yapışdırmağa çalışıb
Futbol
21 İyul , 2022 10:29
Avropa çempionatında meydana azarkeş daxil olub

Qadın futbolçular arasında İngiltərə və İspaniya milliləri arasında keçirilən Avropa çempionatının 1/4 final mərhələsinin oyununda meydana azarkeş daxil olub.

"Report"un məlumatına görə, fanat özünü qapıya yapışdırmağa çalışıb.

Köynəyində "Just Stop Oil" (Neft hasilatını dayandırın) yazılan tərəfdar əllərinə yapışqan vurub. Stüardlar azarkeşi saxladıqdan qısa müddət sonra qarşılaşma bərpa olunub.

Qeyd edək ki, görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. İngiltərə əlavə vaxtda vurduğu qolla yarımfinala yüksəlib - 2:1.

Son xəbərlər

Orphus sistemi