Bu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılacaq.
"Report"un məlumatına görə, İsveçrənin Nyon şəhərində onlayn formatda təşkil olunacaq mərasim Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Püşkatmada qruplarında ilk 2 sıranı tutmuş 24 komanda ilə yanaşı, Çempionlar Liqasından (ÇL) gəlmiş 8 klub iştirak edəcək. Artıq onlar iki səbətə bölünüblər. Qrup qalibləri və ÇL-də mübarizəni dayandırmış kollektivlərdən 4-ü səpələnmişlər, digərləri isə səpələnməmişlər səbətində yer alıblar. Azərbaycan çempionu "Qarabağ"ın mübarizə apardığı I qrupundan İspaniyanın "Vilyarreal" və İsrailin "Makkabi" (Təl-Əviv) klubları pley-offa vəsiqə qazanıblar.
Bu mərhələdə Avropa Liqasında eyni qrupdan çıxmış komandalar, həmçinin eyni ölkə təmsilçiləri rəqib ola bilməzlər. Bundan əlavə, siyasi vəziyyətlə bağlı Rusiya və Ukrayna klubları üz-üzə gəlməyəcəklər.
Səpələnmişlər
"Milan" (İtaliya)
"Arsenal" (İngiltərə)
"Ayaks" (Niderland)
"Brügge" (Belçika)
"Dinamo" (Zaqreb, Xorvatiya)
"Hoffenhaym" (Almaniya)
"Lester" (İngiltərə)
"Bayer" (Almaniya)
"Mançester Yuneyted" (İngiltərə)
"Napoli" (İtaliya)
PSV (Niderland)
"Reyncers" (Şotlandiya)
"Roma" (İtaliya)
"Şaxtyor" (Donetsk, Ukrayna)
"Tottenhem" (İngiltərə)
"Vilyarreal" (İspaniya)
Səpələnməmişlər
"Antverpen" (Belçika)
"Benfika" (Portuqaliya)
"Braqa" (Portuqaliya)
"Srvena Zvezda" (Serbiya)
"Dinamo" (Kiyev, Ukrayna)
"Qranada" (İspaniya)
"Krasnodar" (Rusiya)
"Lill" (Fransa)
"Makkabi" (Təl-Əviv, İsrail)
"Molde" (Norveç)
"Olimpiakos" (Yunanıstan)
"Real Sosyedad" (İspaniya)
"Zaltsburq" (Avstriya)
"Slaviya" (Praqa, Çexiya)
"Volfsberq" (Avstriya)
"Yanq Boyz" (İsveçrə)
Qeyd edək ki, Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunları 2021-ci il fevralın 18-də, cavab matçları həmin ayın 25-də keçiriləcək. Qarşılaşmalar Bakı vaxtı ilə saat 21:55 və 00:00-da başlayacaq. Səpələnmişlər səbətində yer alan komandalar ilk oyunu səfərdə, cavab görüşünü evdə keçirəcəklər. Turnirin 1/8 final mərhələsinin püşkü fevralın 26-da atılacaq.