Avropa Liqası: "Tottenhem" mübarizəni dayandırdı - YENİLƏNİB

Avropa Liqası: "Tottenhem" mübarizəni dayandırdı - YENİLƏNİB UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk 3 iştirakçısı bəlli olub.
Futbol
19 Mart , 2021 00:25
Avropa Liqası: Tottenhem mübarizəni dayandırdı - YENİLƏNİB

UEFA Avropa Liqasının 1/8 final mərhələsində daha bir cavab matçı başa çatıb.

"Report"un məlumatına görə, Xorvatiyada İngiltərə "Tottenhem"ini 3:0 hesabı ilə məğlub edən Zaqreb "Dinamo"su növbəti raunda vəsiqə qazanıb.

Meydan sahiblərinin heyətində qolları 62, 83 və 106-cı dəqiqələrdə Mislav Orşiç vurub.

Qeyd edək ki, ilk matçda "Tottenhem" "Dinamo"ya 2:0 hesabı ilə qalib gəlmişdi.

UEFA Avropa Liqası

1/8 final mərhələsi, cavab oyunları

21:55. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Tottenhem" (İngiltərə) - 3:0 (ƏLAVƏ VAXTDA 1:0)

Qollar: Mislav Orşiç, 62; 83; 106

İlk oyun - 0:2

23:47

UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk 3 iştirakçısı bəlli olub.

"Report"un məlumatına görə, İngiltərənin "Arsenal", İspaniyanın "Qranada" və İtaliyanın "Roma" klubları növbəti raunda adlayıblar.

London təmsilçisi Yunanıstan "Olimpiakos"unu mübarizədən kənarlaşdırıb. Romalılar evdə olduğu kimi, Ukraynada da Donetsk "Şaxtyor"unu məğlub edib. "Qranada" isə ilk matçda 2:0 hesabı ilə qalib gəldiyi Norveç "Molde"sinə səfərdə uduzsa da, iki görüşün nəticəsinə əsasən, 1/4 finala çıxıb.

Bu qarşılaşmalarla eyni saatda başlayan "Dinamo" Zaqreb (Xorvatiya) - "Tottenhem" (İngiltərə) matçının əsas vaxtı meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:0. İlk oyunda İngiltərə təmsilçisi eyni hesabla qalib gəldiyindən, görüşdə əlavə vaxt oynanılacaq.

Avropa Liqası

1/8 final mərhələsi, cavab oyunları

21:55. "Molde" (Norveç) - "Qranada" (İspaniya) - 2:1

Qollar: Xesus Valyexo, 29 (avtoqol), Eyrik Hestad, 90 (penalti) - Roberto Soldado, 72

İlk oyun - 0:2

21:55. "Arsenal" (İngiltərə) - "Olimpiakos" (Yunanıstan) - 0:1

Qol: Yusuf El-Arabi, 51

İlk oyun - 3:1

Qırmızı vərəqə: Husseynu Ba, 82 ("Olimpiakos")

21:55. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Roma" (İtaliya) - 1:2

Qol: Junior Moraes, 59 - Borxa Mayoral, 48; 72

İlk oyun - 0:3

Qeyd edək ki, 1/8 finalın digər 4 oyunu Bakı vaxtı ilə saat 24:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi