UEFA Avropa Liqasının qrup mərhələsində I tura yekun vurulub.
"Report"un məlumatına görə, son olaraq A, B, C və D qruplarında 7 görüş oynanılıb.
Türkiyə təmsilçisi "Fənərbağça" Almaniyada "Ayntraxt"la qarşılaşıb. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. Görüşdə ilk qolu 10-cu dəqiqədə İstanbul klubunun yarımmüdafiəçisi Mesut Özil vurub. Lakin meydan sahibləri 41-ci dəqiqədə Sam Lammerslə tarazlığı bərpa ediblər. Görüşün əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə "Fənərbağça"nın heyətində Dmitrios Pelkas penaltidən yararlana bilməyib. Ardınca qonaqların hücumçusu Mergim Berişa hesabı komandasının xeyrinə dəyişsə də, baş hakim qolu hesaba almayıb.
C qrupunda İngiltərənin "Lester Siti" klubu İtaliya "Napoli"si ilə ev matçında qələbəni əldən verib - 2:2.
A qrupu
23:00. "Bröndbü" (Danimarka) - "Sparta" (Praqa, Çexiya) - 0:0
23:00. "Reyncers" (Şotlandiya) - "Lion" (Fransa) - 0:2
B qrupu
23:00. "Monako" (Fransa) - "Şturm" (Qrats, Avstriya) - 1:0
23:00. PSV (Eyndhoven, Niderland) - "Real Sosyedad" (İspaniya) - 2:2
C qrupu
23:00. "Lester Siti" (İngiltərə) - "Napoli" (İtaliya) - 2:2
D qrupu
23:00. "Ayntraxt" (Frankfurt, Almaniya) - "Fənərbağça" (Türkiyə) - 1:1
23:00. "Olimpiakos" (Yunanıstan) - "Antverpen" (Belçika) - 2:1