Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək.
"Report"un məlumatına görə, Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" (Zaqreb) komandası Xorvatiyada İspaniya "Sevilya"sını qəbul edəcək. Zaqreb təmsilçisi səfərdəki ilk görüşdə 1:3 hesabı ilə məğlub olub.
Günün maraqla gözlənilən qarşılaşması İtaliyada olacaq. "Napoli" İspaniya "Barselona"sının müqavimətini qırmağa çalışacaq. Kataloniyadakı ilk görüşdə qalib müəyyənləşməyib - 1:1.
UEFA Avropa Liqası, pley-off mərhələsi
Cavab oyunları
24 fevral
21:45. "Dinamo" (Zaqreb, Xorvatiya) - Sevilya" (İspaniya)
İlk oyun - 1:3.
21:45. "Olimpiakos" (Yunanıstan) - "Atalanta" (İtaliya)
İlk oyun - 1:2.
21:45. "Real Sosyedad" (İspaniya) - "Leyptsiq" (Almaniya)
İlk oyun - 2:2.
21:45. "Latsio" (İtaliya) - "Portu" (Portuqaliya)
İlk oyun - 1:2.
00:00. "Napoli" (İtaliya) - "Barselona" (İspaniya)
İlk oyun - 1:1.
00:00. "Reyncers" (Şotlandiya) - "Borussiya" (Dortmund, Almaniya)
İlk oyun - 4:2.
00:00. "Betis" (İspaniya) - "Zenit" (Rusiya)
İlk oyun - 3:2.
00:00. "Braqa" (Portuqaliya) - "Şerif" (Moldova)
İlk oyun - 0:2.