UEFA Avropa Liqasında III təsnifat mərhələsinə start verilib.
"Report"un məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçirilib. Kiprdə "Apollon" klubu Polşa "Lex"ini qəbul edib. Görüş qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 5:0. İlk yarıda cəmi 1 qol vurulduğu halda, fasilədən sonra meydan sahibləri daha 4 dəfə məyus olublar.
Cütün taleyi bir oyundan ibarət olduğu üçün "Lex" pley-off mərhələsinə yüksəlib. Növbəti rəqibi isə "Şarlerua" (Belçika) - "Partizan" (Serbiya) duelinin qalibi olacaq.
23 sentyabr
Avropa Liqası
III təsnifat mərhələsi
20:00. “Apollon” (Kipr) - “Lex” (Polşa) - 0:5
Qollar: Pedro Tiba, 42; 90+2. Mikael İşak, 47. Yakub Kaminski, 58. Sikora, 81
Qeyd edək ki, Avropa Liqasında III təsnifat mərhələsinin digər oyunları sentyabrın 24-də gerçəkləşəcək.