"Qalatasaray" Avropa Liqasında, "Fənərbağça" Konfrans Liqasında pley-offa çıxıb

"Qalatasaray" Avropa Liqasında, "Fənərbağça" Konfrans Liqasında pley-offa çıxıb UEFA Avropa Liqasının qrup mərhələsində V turun növbəti oyunları keçirilib.
Futbol
26 Noyabr , 2021 01:55
Qalatasaray Avropa Liqasında, Fənərbağça Konfrans Liqasında pley-offa çıxıb
0 : 00
0 : 00

UEFA Avropa Liqasının qrup mərhələsində V tura yekun vurulub. 

"Report"un məlumatına görə, Polşa "Legiya"sı İngiltərədə "Lester"in qonağı olub. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1. Qonaq komandadan Azərbaycan millisinin futbolçusu Mahir Emreli görüşə start heyətdə çıxıb. O, 25-ci dəqiqədə penaltini dəqiq yerinə yetirə bilməsə də, komanda yoldaşı Filip Mladenoviç təkrar zərbə ilə "Legiya"nın yeganə qolunu vurub. Emreli isə 78-ci dəqiqədə əvəzlənib. 

Beləliklə, 6 xala malik Polşa təmsilçisi sonuncu pilləyə enib. VI turda "Legiya" Rusiya "Spartak"ını evdə yenə bilsə, mübarizəni ən azı qrup üçüncüsü kimi Konfrans Liqasında davam etdirəcək.  

Türkiyənin daha bir təmsilıçisi "Fənərbağça" isə Yunanıstanda "Olimpiakos"a minimal hesabla uduzub. Nəticədə 5 xalla 3-cü yeri tutan "sarı-lacivərdlilər" mübarizəni Konfrans Liqasında davam etdirməli olacaq. 

Ümumiyyətlə, V turun oyunlarından sonra Avropa Liqasında növbəti mərhələyə yüksələnlərin sayı 11-ə çatıb. Bunlar Almaniyanın "Ayntraxt" və "Bayer", Fransanın "Lion" və "Monako", İngiltərənin "Vest Hem", İspaniyanın "Betis", İtaliyanın "Latsio", Şotlandiyanın "Reyncers", Yunanıstanın "Olimpiakos" və Türkiyənin "Qalatasaray" komandalarıdır.

Şotlandiyanın "Seltik" və Türkiyənin "Fənərbağça" klubları isə mübarizəni Konfrans Liqasında davam etdirəcəklər.

25 noyabr

UEFA Avropa Liqası
Qrup mərhələsi
V tur

A qrupu 

00:00. "Bröndbü" (Danimarka) - "Lion" (Fransa) - 1:3

00:00. "Reyncers" (Şotlandiya) - "Sparta" (Praqa, Çexiya) - 2:0

Xal durumu: "Lion" - 15, "Reyncers" - 7, "Sparta" - 4, "Bröndbü" - 2

B qrupu

00:00. PSV (Eyndhoven, Niderland) - "Şturm" (Qrats, Avstriya) - 2:0

00:00. "Monako" (Fransa) - "Real Sosyedad" (İspaniya) - 2:1

Xal durumu: "Monako" - 11, PSV - 8, "Real Sosyedad" - 6, "Şturm" - 1.

C qrupu

00:00. "Lester" (İngiltərə) - "Legiya" (Polşa) - 3:1

24 noyabr

19:30. "Spartak" (Moskva, Rusiya) - "Napoli" (İtaliya) - 2:1

Xal durumu: "Lester" - 8, "Spartak" - 7, "Napoli" - 7, "Legiya" - 6.

D qrupu

00:00. "Olimpiakos" (Yunanıstan) - "Fənərbağça" (Türkiyə) - 1:0

00:00. "Ayntraxt" (Frankfurt, Almaniya) - "Antverpen" (Belçika) - 2:2

Xal durumu: "Ayntraxt" - 11, "Olimpiakos" - 9, "Fənərbağça" - 5, "Antverpen" - 2.

E qrupu

21:45. "Lokomotiv" (Moskva, Rusiya) - "Latsio" (İtaliya) - 0:3

21:45. "Qalatasaray" (Türkiyə) - "Marsel" (Fransa) - 4:2

Xal durumu: "Qalatasaray" - 11, "Latsio" - 8, "Marsel" - 4, "Lokomotiv" - 2.

F qrupu

21:45. "Srvena Zvezda" (Belqrad, Serbiya) - "Lüdoqorets" (Razqrad, Bolqarıstan) - 1:0

21:45. "Midtüllan" (Danimarka)  - "Braqa" (Portuqaliya) - 3:2

Xal durumu: "Srvena Zvezda" - 10, "Braqa" - 9, "Midtüllan" - 8, "Lüdoqorets" - 1.

G qrupu

21:45. "Betis" (İspaniya) - "Ferentsvaroş" (Macarıstan) - 2:0

21:45. "Bayer" (Leverkuzen, Almaniya) - "Seltik" (Şotlandiya) - 3:2

Xal durumu: "Bayer" - 13, "Betis" - 10, "Seltik" - 6, "Ferentsvaroş" - 0

H qrupu

21:45. "Rapid" (Vyana, Avstriya - "Vest Hem" (İngiltərə) - 0:2

21:45. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Genk" (Belçika) - 1:1

Xal durumu: "Vest Hem" - 13, "Dinamo" - 7, "Genk" - 5, "Rapid" - 3.

23:41

UEFA Avropa Liqasının qrup mərhələsində V turun növbəti oyunları keçirilib.

"Report"un məlumatına görə, Türkiyə təmsilçilərindən "Qalatasaray" Fransa "Marsel"ini qəbul edib. Görüş meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb - 4:2.

Hesabı 12-ci dəqiqədə "sarı-qırmızılar"ın rumıniyalı legioneri Aleksandru Çikıldeu açıb. 30-cu dəqiqədə Due Çaleta-Tsar topu öz qapısına vurub. 64-cü dəqiqədə Sofyan Fequli fərqi 3 topa çatdırıb. 

68-ci dəqiqədə "Marsel" penalti vurmaq hüququ qazanıb. Arkadiuş Milikin 11 metrlik cərimə zərbəsini qapıçı Fernando Muslera qaytarsa da, polşalı hücumçu təkrar zərbə ilə fərqi azaldıb. Lakin 83-cü dəqiqədə Rayan Babel "Qalatasaray"ın aktivinə 4-cü qolu yazdırıb. Oyunda son nöqtəni isə 85-ci dəqiqədə Milik qoyub. 

E qrupunun digər matçında İtaliya "Latsio"su Rusiyada "Lokomotiv"i darmadağın edib - 3:0. Bununla da İstanbul və Roma təmsilçiləri qrupda ilk 2 yeri təmin edərək, növbəti mərhələyə yüksəlib.  

Eyni zamanda Almaniyanın "Bayer" və İspaniyanın "Betis" klubu da yenicə başa çatan oyunların yekununda Avropa Liqasında mərhələ adlayıb.

25 noyabr

Avropa Liqası, V tur

E qrupu

21:45. "Lokomotiv" (Moskva, Rusiya) - "Latsio" (İtaliya) - 0:3

21:45. "Qalatasaray" (Türkiyə) - "Marsel" (Fransa) - 4:2

Xal durumu: "Qalatasaray" - 11, "Latsio" - 8, "Marsel" - 4, "Lokomotiv" - 2.

F qrupu

21:45. "Srvena Zvezda" (Belqrad, Serbiya) - "Lüdoqorets" (Razqrad, Bolqarıstan) - 1:0

21:45. "Midtüllan" (Danimarka) - "Braqa" (Portuqaliya) - 3:2

Xal durumu: "Srvena Zvezda" - 10, "Braqa" - 9, "Midtüllan" - 8, "Lüdoqorets" - 1.

G qrupu

21:45. "Betis" (İspaniya) - "Ferentsvaroş" (Macarıstan) - 2:0

21:45. "Bayer" (Leverkuzen, Almaniya) - "Seltik" (Şotlandiya) - 3:2

Xal durumu: "Bayer" - 13, "Betis" - 10, "Seltik" - 6, "Ferentsvaroş" - 0

H qrupu

21:45. "Rapid" (Vyana, Avstriya - "Vest Hem" (İngiltərə) - 0:2

21:45. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Genk" (Belçika) - 1:1

Xal durumu: "Vest Hem" - 13, "Dinamo" - 7, "Genk" - 5, "Rapid" - 3.

Son xəbərlər

Orphus sistemi