Avstriyanın "Rapid" (Vyana) klubu UEFA Avropa Liqası tarixində aktirekorda imza atıb.
"Report" "Gracenote Live" nəşrinə istinadən xəbər verir ki, Vyana təmsilçisi turnirdə ən çox məğlub olan komanda olub.
"Rapid" son olaraq qrup mərhələsinin V turunda İngiltərədə "Arsenal"a 1:4 hesabı ilə uduzub. Bu komandanın turnirdəki 27-ci məğlubiyyəti olub.
Daha əvvəl Norveçin "Rusenborq" klubu 26 dəfə məğlub olub.
Qeyd edək ki, "Rapid" B qrupunda 6 xalla üçüncü pillədə qərarlaşıb.
Xatırladaq ki, "Qarabağ" turnirdəki ilk xalını V turda İsrailin "Makkabi" (Təl-Əviv) komandası ilə görüşdə qazanıb - 1:1.