Avropa Liqası: Türkiyə çempionu mübarizəni dayandırdı

Avropa Liqası: Türkiyə çempionu mübarizəni dayandırdı UEFA Avropa Liqasında mövsümün yarımçıq qalmış bölümü bərpa olunub.
Futbol
5 Avqust , 2020 22:50
Avropa Liqası: Türkiyə çempionu mübarizəni dayandırdı

UEFA Avropa Liqasında mövsümün yarımçıq qalmış bölümü bərpa olunub. 

"Report"un məlumatına görə, ilk olaraq, 1/8 final mərhələsinin iki cavab görüşü keçirilib. Hər iki qarşılaşmada eyni hesab qeydə alınıb.  

Türkiyənin yeganə təmsilçisi "Başakşehir" Danimarkada "Kopenhagen"in qonağı olub. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Hesabı 4-cü dəqiqədə Yonas Vinn açıb. 52-ci dəqiqədə Vinn dəqiq penalti zərbəsi ilə "dubl" edib. Matçda son nöqtəni isə 62-ci dəqiqədə Rasmus Falk qoyub.

Beləliklə, Türkiyə çempionu iki görüşünün yekunu olaraq, mübarizəni dayandırıb. Martın 12-də keçirilmiş ilk matçda "Başakşehir" 1:0 hesabı ilə qalib gəlmişdi.

Mərhələni adlayan digər komanda isə Ukrayna "Şaxtyor"u olub. Donetsk klubu Kiyevdəki cavab görüşündə Almaniya "Volfsburq"unu yenib - 3:0. Hesabı 89-cu dəqiqədə Junior Moraeş açıb. 90+1-ci dəqiqədə Manor Solomon fərqlənib. 90+3-cü dəqiqədə isə Moraeş son nöqtəni qoyub. İlk görüşdə də "Şaxyor" qələbə qazanmışdı - 3:1.

Qeyd edək ki, "Kopenhagen" 1/4 finalda LASK (Avstriya) - "Mançester Yunayted" (İngiltərə) cütünün, "Şaxtyor" isə "Ayntraxt" (Frankfurt, Almaniya) - "Bazel" (İsveçrə) cütünün qalibi ilə qarşılaşacaq. 

Son xəbərlər

Orphus sistemi