UEFA Avropa Liqasının qrup mərhələsinin III turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
"Report" xəbər verir ki, bu ada Fransa "Lill"ində çıxış edən Türkiyə millisinin üzvü Yusuf Yazıcı layiq görülüb.
23 yaşlı yarımmüdafiəçi İtaliyada "Milan"ı 3 cavabsız qolla məğlub etdikləri qarşılaşmada het-trik müəllifi olub.