UEFA Avropa Liqasında qrup mərhələsinin V tur oyunlarından sonra həftənin futbolçusu adına namizədlər açıqlanıb.
"Report"un məlumatına görə, bu ada Fransa "Lill"indən Burak Yılmaz, Norveç "Molde"sindən Maqnus Eykrem, Portuqaliya "Braqa"sından Qaleno və İtaliya "Milan"ından Yens Hauge iddia edir.
Yılmaz evdə Çexiyanın "Sparta" (Praqa) komandasını 2:1 hesabı ilə məğlub etdikləri matçda dubl edib. Eykrem İrlandiya "Dandolk"una 3:1 hesabı ilə qalib gəldikləri oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qaleno Yunanıstanda AEK-i 4:2 hesabı ilə üstələdikləri qarşılaşmada qol vurub. Hauge isə evdə Şotlandiya "Seltik"ini 4:2 hesabı ilə məğlub etdikləri görüşdə 1 qol və 1 məhsuldar ötürmənin müəllifi olub.
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq.