Avropa Liqasında 1/4 və yarımfinal cütlükləri bəlli olur

Avropa Liqasında 1/4 və yarımfinal cütlükləri bəlli olur Bu gün UEFA Avropa Liqasında 1/4 və yarımfinal mərhələlərinin püşkü atılacaq
Futbol
19 Mart , 2021 08:00
Avropa Liqasında 1/4 və yarımfinal cütlükləri bəlli olur

Bu gün UEFA Avropa Liqasında 1/4 və yarımfinal mərhələsinin püşkü atılacaq.

"Report"un məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

1/4 finalda İngiltərənin "Arsenal", "Mançester Yunayted", İtaliyanın "Roma", İspaniyanın "Vilyarreal", "Qranada", Xorvatiyanın "Dinamo" (Zaqreb), Niderlandın "Ayaks" və Çexiyanın "Slaviya" (Praqa) klubları mübarizə aparacaq.

1/4 finalın ilk görüşləri aprelin 8-də, cavab matçları bir həftə sonra oynanılacaq. Yarımfinal qarşılaşmaları isə 29 aprel - 6 mayda olacaq.

Avropa Liqası

1/4 finalın iştirakçıları

"Ayaks" (Niderland)

"Arsenal" (İngiltərə)

"Dinamo" Zaqreb (Xorvatiya)

"Qranada" (İspaniya)

"Mançester Yunayted" (İngiltərə)

"Roma" (İtaliya)

"Slaviya" Praqa (Çexiya)

"Vilyarreal" (İspaniya)

Qeyd edək ki, tədbirdə həmçinin Avropa Liqasının final matçının nominal ev sahibini müəyyənləşdirmək üçün püşkatma olacaq. Turnirin həlledici görüşü mayın 26-da Polşanın Qdansk şəhərindəki eyniadlı stadionda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi