UEFA Avropa Liqasında qrup mərhələsinin VI turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb.
"Report"un məlumatına görə, bu ada Almaniyanın "Bayer" klubunun hücumçusu Leon Beyli layiq görülüb.
Yamaykalı forvard evdə Çexiyanın "Slaviya" klubuna 4:0 hesabı ilə qalib gəldikləri matçda dubl edib.
23 yaşlı futbolçu UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermədə Almaniya "Hoffenhaym"ından Maksimilian Bayeri, Bolqarıstanın MOİK (Sofiya) klubundan Ali Sounu və İngiltərənin "Tottenhem" komandasından Covanni Lo Çelsonu qabaqlayıb.