UEFA Avropa Liqasında 2021/2022 mövsümünün qrup mərhələsinin püşkü atılıb.
"Report"un məlumatına görə, Türkiyənin İstanbul şəhərində təşkil olunmuş tədbirdə qrupların tərkibi müəyyənləşib.
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı "Napoli" (İtaliya), "Lester Siti" (İngiltərə) və "Spartak" (Moskva, Rusiya) ilə birlikdə C qrupunda yer alıb.
Türkiyə təmsilçilərindən "Fənərbağça" D qrupunda "Olimpiakos" (Yunanıstan), "Ayntraxt" (Frankfurt, Almaniya), və "Antverpen"ə (Belçika), "Qalatasaray" isə E qrupunda "Latsio" (İtaliya), "Lokomotiv" (Moskva, Rusiya) və "Marsel"ə (Fransa) rəqib olub.
A qrupu: "Lion" (Fransa), "Reyncers" (Şotlandiya), "Sparta" (Praqa, Çexiya), "Bröndbü" (Danimarka)
B qrupu: "Monako" (Fransa), PSV (Eyndhoven, Niderland), "Real Sosyedad" (İspaniya), "Şturm" (Qrats, Avstriya)
C qrupu: "Napoli" (İtaliya), "Lester Siti" (İngiltərə), "Spartak" (Moskva, Rusiya), "Legiya" (Varşava, Polşa)
D qrupu: "Olimpiakos" (Yunanıstan), "Ayntraxt" (Frankfurt, Almaniya), "Fənərbağça" (Türkiyə), "Antverpen" (Belçika)
E qrupu: "Latsio" (İtaliya), "Lokomotiv" (Moskva, Rusiya), "Marsel" (Fransa), "Qalatasaray" (Türkiyə)
F qrupu: "Braqa" (Portuqaliya), "Srvena Zvezda" (Belqrad, Serbiya), "Lüdoqorets" (Razqrad, Bolqarıstan), "Midtüllan" (Danimarka)
G qrupu: "Bayer" (Leverkuzen, Almaniya), "Seltik" (Şotlandiya), "Betis" (İspaniya), "Ferentsvaroş" (Macarıstan)
H qrupu: "Dinamo" (Zaqreb, Xorvatiya), "Genk" (Belçika), "Vest Hem" (İngiltərə), "Rapid" (Vyana, Avstriya),
Qeyd edək ki, oyunlar 16 sentyabr, 30 sentyabr, 21 oktyabr, 4 noyabr, 25 noyabr və 9 dekabrda olacaq.