2023-сü ildə Polşanın Krakov və Malopolye şəhərlərində keçiriləcək III Avropa Oyunlarının proqramına yeni idman növləri daxil edilib.
"Report"un məlumatına görə, bunlar çimərlik həndbolu, breyk dans, müasir beşnövçülük, reqbi7, trampilindən tullanma (yay) və idman dırmanmasıdır.
Atletika Polşada dağ qaçışı, üzgüçülük isə sinxron üzgüçülüklə təmsil olunacaq. Əvəzində III Avropa Oyunlarının proqramından ilk Oyunlarla müqayisədə çimərlik futbolu, boks, sambo, taekvondo, suya tullanma və su polosu çıxarılıb.
Avropa Olimpiya Komitəsinin (EOC) açıqladığı ilkin siyahıda Polşadakı yarışla bağlı 23 idman növü göstərilib, bu say isə Bakıdakı ilk Avropa Oyunları ilə eynidir.
"Minsk 2019" II Avropa Oyunlarının proqramına yeni idman növü (15 növ) daxil edilməyib. Əksinə sinxron üzgüçülük, qılıncoynatma, triatlon, voleybol, ağırlıqqaldırma, teakvondo, su polosu və suya tullanma proqramdan çıxarılıb.
Bunlardan taekvondo, su polosu və suya tullanmadan başqa digərləri Polşada proqrama yenidən əlavə olunub.
Kamandan oxatma, badminton, basketbol 3x3, kanoe, velosiped idmanı, gimnastika, cüdo, karate, atıcılıq, stolüstü tennis və güləş kimi növlər hər üç Avropa Oyunlarının proqramında yer alıb.
III Avropa Oyunlarının proqramına salınmış idman növlərinin ilkin siyahısı:
Kamandan oxatma
Sinxron üzgüçülük
Badminton
Basketbol 3x3
Çimərlik həndbolu
Breyk-dans
Kanoe (kayak və kanoe, kanoe slalom)
Velosiped idmanı (BMX, şosse)
Qılıncoynatma
Gimnastika
Cüdo
Karate
Müasir beşnövçülük
Dağ qaçışı
Reqbi7
Atıcılıq
Trampilindən tullanma (yay)
İdman dırmanması
Stolüstü tennis
Triatlon
Voleybol (çimərlik voleybolu, voleybol)
Ağırlıqqaldırma
Güləş
Qeyd edək ki, III Avropa Oyunlarının 9 - 25 iyun 2023-cü ildə təşkili nəzərdə tutulub.