Avstraliya bir neçə futbolçu və idmançıları Əfqanıstandan təxliyə edib.
"Report"un məlumatına görə, bu barədə Peşəkar Futbolçular Federasiyaları Assosiasiyasının (FIFPro) rəsmi saytı məlumat yayıb.
FIFPro bunun üçün Avstraliya hökumətinə təşəkkür edib.
Qurum ölkədəki bir çox gənc idmançının və qadınların hələ də risk altında olduğunu bildirib və digər ölkələri də bu yöndə dəstək göstərməyə çağırıb.