21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avstriyaya qarşı keçirəcəyi Avropa çempionatının seçmə oyununa təyinatlar açıqlanıb.
"Report"un məlumatına görə, matçı Belarusdan olan hakimlər briqadası idarə edəcək.
FIFA referisi Amin Kurheliyə Yuri Xomçenko və Viktor Xetskov köməklik göstərəcək. 4-cü hakim funksiyasını Denis Şerbakov yerinə yetirəcək.
Qeyd edək ki, senytabrın 7-də oynanılacaq Avstriya - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. U-21 ilk matçında səfərdə Xorvatiyaya 0:2 hesabı ilə uduzub.