Avstriya millisinin baş məşqçisi: Şanslarımızdan istifadə edə bilmədik

Avstriya millisinin baş məşqçisi: Şanslarımızdan istifadə edə bilmədik Yetərincə şanslarımızdan istifadə edə bilmədik.
Futbol
3 İyul , 2024 03:01
Avstriya millisinin baş məşqçisi: Şanslarımızdan istifadə edə bilmədik

Şanslarımızdan istifadə edə bilmədik.

“Report” xəbər verir ki, bunu Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik Türkiyəyə qarşı AVRO-2024-ün 1/8 final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis oyun boyu əllərinə düşən fürsətlərdən yararlana bilmədiklərini söyləyib:

“Şanslarımızdan istifadə edə bilmədik. Rəqibin hücumlarının qarşısını ala bilmədik. Keçirdiyimiz 4 görüşün hər birini yüksək səviyyədə keçirdik. Qarşıda bizi Millətlər Liqasının və dünya çempionatının seçmə mərhələsinin oyunları gözləyir”.

Qeyd edək ki, Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalında Türkiyəyə 1:2 hesabı ilə məğlub olan Avstriya turnirlə vidalaşıb.

Son xəbərlər

Orphus sistemi