Avtoqola sevinən futbolçuya intizam işi açılıb

Avtoqola sevinən futbolçuya intizam işi açılıb Ukrayna Futbol Assosiasiyası (UAF) I liqada çıxış edən "Kremen" klubunun futbolçusu Vitali Boykoya intizam işi açıb.
Futbol
14 Oktyabr , 2021 21:41
Avtoqola sevinən futbolçuya intizam işi açılıb

Ukrayna Futbol Assosiasiyası (UAF) I liqada çıxış edən "Kremen" klubunun futbolçusu Vitali Boykoya intizam işi açıb.

"Report" "Tribuna" nəşrinə istinadən xəbər verir ki, buna 24 yaşlı yarımmüdafiəçinin səfərdə "Ujqorod"a 0:2 hesabı ilə uduzduqları matçda komanda yoldaşının öz qapısına vurduğu qola sevinməsi səbəb olub.

Ukraynalı oyunçu isə yerli mətbuata açıqlamasında bunu təkzib edib. O, avtoqola görə əsəbiləşdiyini bildirib: "Epizoda tam baxsanız, görərsiniz ki, əllərimiz qaldırıb məyus oluram. Sadəcə, hərə bunu bir cür görür. Mən belə hərəkət etməmişəm. Avtobusla 20 saat yol gələn insan rəqib komandanın vurduğu qola necə sevinə bilər"?

Qeyd edək ki, epizod araşdırıldıqdan sonra Boyko ilə bağlı qərar veriləcək.

Son xəbərlər

Orphus sistemi