"Qarabağ" çox güclü komandadır.
"Report" xəbər verir ki, bunu Niderlandın "Ayaks" komandasının baş məşqçisi Françesko Farioli Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri Avropa Liqası matçından əvvəl mətbuat konfransında deyib.
O, sabah çətin oyuna çıxacaqlarını bildirib:
"Zədəli futbolçularımız var. "Qarabağ" çox güclü komandadır. Rəqiblə bağlı bir çox məlumatlar əldə etmişik. Oyundan əvvəl, təbii ki, rəqibi araşdırmışıq. Proqnoz vermək çətindir. Bizim işimiz "Qarabağ"ı düzgün təhlil edib, zəif tərəflərini müəyyənləşdirməkdir. Hədəfimiz, təbii ki, ən yaxşı nəticəni qazanmaq olacaq".
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin III turuna təsadüf edən "Qarabağ" - "Ayaks" matçı oktyabrın 24-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.