"Ayaks"ın futbolçusu: "Azərbaycan yığması bəzi keyfiyyətlərə sahibdir"

"Ayaks"ın futbolçusu: "Azərbaycan yığması bəzi keyfiyyətlərə sahibdir" "Seçmə mərhələni keçmək üçün mümkün olan hər şeyi etməliyik"
Futbol
18 Mart , 2021 15:06
Ayaksın futbolçusu: Azərbaycan yığması bəzi keyfiyyətlərə sahibdir
Duşan Tadiç

"Bu, dolğun qrupdur. Yalnız bir komanda seçmə mərhələdən dünya çempionatına avtomatik vəsiqə qazanır".

"Report"un məlumatına görə, bu fikirləri Serbiya yığmasının futbolçusu Duşan Tadiç İrlandiya, Portuqaliya və Azərbaycana qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunlarından əvvəl FIFA-nın rəsmi saytına müsahibəsində deyib.

Niderlandın "Ayaks" klubunda çıxış edən 33 yaşlı hücumçu Portuqaliya yığmasının böyük komanda olduğunu bildirib: "Bizim üçün ən çətin rəqib onlar olacaq. Bu yaxınlarda İrlandiyaya qarşı oynamışıq və onların da səliqəli oynayan kollektiv olduğunu bilirik".

Tadiçin fikrincə, Lüksümburq və Azərbaycan milliləri də müəyyən keyfiyyətlərə sahibdir: "Buna görə tam qüvvəmizi ortaya qoymalı və seçmə mərhələni keçmək üçün mümkün olan hər şeyi etməliyik".

Qeyd edək ki, Serbiya millisi martın 24-də İrlandiyanı, 3 gün sonra isə Portuqaliyanı qəbul edəcək. Komanda martın 30-da Bakı Olimpiya Stadionunda Azərbaycan yığmasının qonağı olacaq.

Son xəbərlər

Orphus sistemi