"Ayaks" futbolçusunun saxlanılmasına münasibət bildirdi

"Ayaks" futbolçusunun saxlanılmasına münasibət bildirdi Niderlandın "Ayaks" klubunun futbolçusu Quinsi Promes saxlanılıb.
Futbol
14 Dekabr , 2020 13:45
Ayaks futbolçusunun saxlanılmasına münasibət bildirdi
Quinsi Promes

Niderlandın "Ayaks" klubunun futbolçusu Quinsi Promes saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə "Fox Sports"a Amsterdam təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Klub mövzu ilə bağlı danışmağın tez olduğunu bildirib: "Bir hadisədə günahlandırılırsınızsa, bu, onu etdiyiniz anlamına gəlmir".

Qeyd edək ki, Quinsi Promes Niderlandda ailə üzvlərindən birinə bıçaqla xəsarət yetirməkdə ittiham edilir. 28 yaşlı hücumçunun iyul ayında mübahisə zamanı ailə üzvünü yaraladığı ehtimal edilir.

Son xəbərlər

Orphus sistemi