Azarkeşin vurduğu futbolçu meydandan qovulub

Azarkeşin vurduğu futbolçu meydandan qovulub Çexiyanın II divizionunda "Lişen" və "Zbroyovka" komandaları arasında keçirilən oyunda maraqlı hadisə baş verib.
Futbol
23 Avqust , 2021 14:04
Azarkeşin vurduğu futbolçu meydandan qovulub

Çexiyanın II divizionunda "Lişen" və "Zbroyovka" komandaları arasında keçirilən oyunda maraqlı hadisə baş verib.

"Report"un məlumatına görə, ikinci hissədə meydana daxil olan azarkeşlərdən biri təhlükəsizlik xidmətinin əməkdaşını vurub.

Bu zaman meydan sahiblərinin futbolçusu Yan Silnı fanatı sakitləşdirməyə çalışarkən, başından yumruq zərbəsi alıb. Epizodun təkrarını izləyən baş hakim 26 yaşlı hücumçuya birbaşa qırmızı vərəqə göstərərək, onu meydandan qovub. Referinin bu addımı narazılıqla qarşılansa da, o, qərarını dəyişməyib.

Qeyd edək ki, görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi