Fransa Liqa 1-in XIV turunda yarımçıq dayandırılmış "Lion" - "Marsel" oyunu ilə bağlı qərar verilib.
"Report"un məlumatına görə, qarşılaşma fevralın 1-də oynanılacaq.
Noyabrın 22-dəki görüş azarkeşlərin davranışına görə yarımçıq qalıb. "Lion" fanatları rəqib futbolçu Dimitri Payetin başına su qabı atıblar. Baş hakim Rüddi Büke hadisədən sonra komandaları meydandan çıxarıb.
Qeyd edək ki, "Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində "Marsel"lə üz-üzə gələcək. "Köhlən atlar" ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.