Azərbaycan çempionlarına veriləcək yeni kubok və medallar Türkiyədə hazırlanıb - EKSKLÜZİV

Azərbaycan çempionlarına veriləcək yeni kubok və medallar Türkiyədə hazırlanıb - EKSKLÜZİV Azərbaycan çempionatlarında qaliblərə veriləcək yeni kubok və medallar Türkiyədə hazırlanıb.
Futbol
17 May , 2024 14:43
Azərbaycan çempionlarına veriləcək yeni kubok və medallar Türkiyədə hazırlanıb - EKSKLÜZİV

Azərbaycan çempionatlarında qaliblərə veriləcək yeni kubok və medallar Türkiyədə hazırlanıb.

Bu barədə “Report”a Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətinin rəhbəri Sənan Abdullayev məlumat verib.

PFL rəhbərliyi bir çox ölkələrdən təkliflər olmasına baxmayaraq, mükafatların Türkiyədə hazırlanmasını məqsədəuyğun sayıb: “İlk olaraq onu deyim ki, kubok və medallarla bağlı dizayn ideyaları PFL-ə məxsusdur. Yəni hər hansı hazır qəlib əsasında yox, biz tərəfdən təqdim olunan çizgilərə uyğun hazırlanıb. Bu məsələ mövsümün əvvəlindən planlaşdırılırdı. Futbolumuz, eləcə də ümumi dəyərlərimiz və tarixi irsimizlə bağlı detalların əks olunmasına çalışılıb. Bir çox ölkələrdən təkliflərimiz var idi. Sonda Türkiyədə hazırlanması uyğun görüldü”.

Son xəbərlər

Orphus sistemi