FİFA referisi Rauf Cabarov 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə oyununa təyinat alıb.
"Report"un AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Cabarov oktyabrın 7-də keçiriləcək Kosovo – Çexiya qarşılaşmasının baş hakimi olacaq. Ona Namik Hüseynov və Cavanşir Yusifov kömək edəcək. Dördüncü hakim Rəşad Əhmədov olacaq.