Azərbaycan karateçisi Aysu Əliyeva Xorvatiyanın Poreç şəhərində keçirilən Karate 1 Liqa yarışında bürünc medal qazanıb.
"Report" Azərbaycan Karate Federasiyasının (AKF) mətbuat xidmətinə istinadən xəbər verir ki, təmsilçimiz 21 yaşadək idmançıların mübarizəsində fərqlənib.
Qeyd edək ki, komandaya bu yarışda AKF-nin baş katibi Qabil Sayadov və gənclərdən ibarət yığmanın baş məşqçisi Anar Allahverdiyev rəhbərlik edir.
![](https://static.report.az/photo/8e318df9-5366-3247-adf8-a1761375aa7b_300.jpeg)
![](https://static.report.az/photo/62bbb961-44ee-3950-bca2-61cfacc9ba94_300.jpeg)