Azərbaycan klubları Antalyada sonuncu oyunlarına çıxır

Azərbaycan klubları Antalyada sonuncu oyunlarına çıxır Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycan klubları sonuncu yoxlama oyunlarını keçirəcəklər
Futbol
25 Yanvar , 2022 09:52
Azərbaycan klubları Antalyada sonuncu oyunlarına çıxır

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycan klubları bu gün sonuncu yoxlama oyunlarını keçirəcəklər.

"Report" xəbər verir ki, "Qarabağ" günün ilk yarısında Çexiyanın "Bohemians" kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 12:00-da start götürəcək.

"Köhlən atlar" toplanışa Polşanın "Visla" (Krakov) komandasına qarşı görüşdə yekun vuracaqlar. Bu görüş isə Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

"Sabah" sonuncu matçında Serbiyanın “Mladost” (Luçani) komandası ilə üz-üzə gələcək. Oyun saat 17:00-a təyin edilib. 

Qeyd edək ki, "Qarabağ" Antalyadakı ilk matçında Rumıniyanın "Qaz Metan" klubu ilə qolsuz heç-heçə edib. Ağdam təmsilçisi ikinci sınağında Serbiyanın "Baçka Topola" klubuna 0:1, üçüncü görüşündə Polşa "Şlyonsk"una 2:3 hesabı ilə uduzub. "Sabah" isə Macarıstan "Pakş"ı və Ukrayna "Zarya"sı ilə 1:1 hesablı heç-heçə edib.

Son xəbərlər

Orphus sistemi