Qadın həndbolçulardan ibarət "Azəryol" komandası Avropa Kubokunun 1/16 final mərhələsində Serbiyanın "ZRK Naisa" klubu ilə ev oyununu Bakıda keçirməyəcək.
Bu barədə "Report"a Azərbaycan Həndbol Federasiyasının İdman şöbəsinin müdiri İsgəndər Əsgərov məlumat verib.
Qurum rəsmisi bildirib ki, hazırda bu istiqamətdə danışıqlar davam edir: "Yəqin ki, cavab matçı da Serbiyada olacaq. İdman zalları bağlı olduğu üçün burada oynamaq mümkün deyil. Onsuz da, oyunu neytral meydanda keçirməli idik. Qarşı tərəflə danışıqlar davam edir. Cavab görüşünün də orada olmasını istəyirik. 1-2 həftəyə məsələ dəqiqləşəcək".
Qeyd edək ki, Serbiya mətbuatı komandalar arasında oyunların dəqiq vaxtını açıqlayıb. "Azəryol" ilk matçını noyabrın 14-də, cavab qarşılaşmasını isə noyabrın 21-də keçirəcək.