Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, günün ilk matçında titulun son sahibi "Keşlə" I Divizion təmsilçisi "Qaradağ Lökbatan"ı qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib. "Keşlə"nin qollarını 32-ci dəqiqədə Samir Abdullayev, 58-ci dəqiqədə isə Rəhman Hacıyev vurub. Qonaqların yeganə qoluna 7-ci dəqiqədə Elnur Səmədov imza atıb.
Komanda 1/4 finalda "Qarabağ"la üz-üzə gələcək. Bu raundun ilk qarşılaşmaları 1-2 fevralda, cavab görüşləri isə 12-13 fevralda gerçəkləşəcək.
Qeyd edək ki, günün və 1/8 final mərhələsinin son görüşündə "Sabah" "Kəpəz"i qəbul edəcək. Matç saat 18:00-da start götürəcək. İlk oyun günündə "Səbail" səfərdə "Zaqatala"nı 3:1, "Qəbələ" isə MOİK-i 2:1 hesabı ilə məğlub edib.