Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"ni 4 cavabsız qolla üstələyib

Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"ni 4 cavabsız qolla üstələyib Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilib.
Futbol
2 Aprel , 2024 21:54
  Azərbaycan Kuboku: Qarabağ Neftçini 4 cavabsız qolla üstələyib

Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilib.

"Report"un məlumatına görə, günün yeganə oyununda "Neftçi" "Qarabağ"ı qəbul edib.

"Neftçi Arena"da reallaşan qarşılaşma Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsi ilə bitib.

"Köhlən atlar"ın heyətində 14-cü dəqiqədə Toral Bayramov penaltini dəqiq yerinə yetirərək hesabı açıb. O, 29-cu dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb.

37-ci dəqiqədə Marko Yankoviç meydan sahiblərini növbəti dəfə mərkəzə dəvət edib. 86-cı dəqiqədə isə Nəriman Axundzadə adını tabloya yazdırıb.

Qeyd edək ki, yarımfinal mərhələsinin "Zirə" - "Qəbələ" dueli aprelin 3-də baş tutacaq. Hər iki cütdə cavab qarşılaşması aprelin 24-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi