Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub.
"Report"un məlumatına görə, bu raundun son oyununda "Sabah" evdə I Divizion təmsilçisi "Qaradağ Lökbatan"ı qəbul edib. "Bank Respublika Arena"dakı qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Paytaxt klubundan qolları 33-cü dəqiqədə Davit Volkov, 39-cu dəqiqədə Bəxtiyar Həsənalızadə və 61-ci, 88-ci və 90+1-ci dəqiqələrdə Emmanuel Apeh vurub.
Bu nəticədən "Sabah" 1/4 finalda "Səbail"ə rəqib olub.
Qeyd edək ki, daha əvvəl "Səbail", "Turan Tovuz", "Qəbələ", "Zirə" və "Kəpəz" komandaları 1/4 finala vəsiqə qazanıb.