Azərbaycan və Latviya milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun təyinatları bəlli olub.
"Report"un məlumatına görə, qarşılaşmanı Maltadan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Trustin Farrugia Kanna laynsmanlar qismində Luke Portelli və Dunkan Sultana köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Andrea Skiriha icra edəcək.
Qeyd edək ki, martın 29-da Maltadakı Milli Stadionda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.