Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasının 2020/2021 mövsümündə mübarizəyə başlayıb.
"Report"un məlumatına görə, C liqasının I qrupunda yer alan Canni De Byazinin baş məşqçi olduğu kollektiv Bakı Olimpiya Stadionunda Lüksemburq seçməsini qəbul edib.
Görüş yığmanın 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Matçın 26-cı dəqiqəsində Mahir Emreli qırmızı vərəqə alaraq komandasını meydanda azlıqda qoyub. Buna baxmayaraq, milli ilk hissənin sonlarına yaxın hesabı açmağa nail olub. 43-cü dəqiqədə Namiq Ələsgərovun sağ cinahdan ötürməsini Ramil Şeydayev başla qapıdan keçirib. Birinci yarı bu hesabla başa çatıb.
İkinci hissənin əvvəlində qonaqlar tarazlığı bərpa ediblər. 48-ci dəqiqədə Anton Krivotsyuk avtoqol müəllifi olub. 72-ci dəqiqədə isə lüksemburqlular hesabı öz xeyirlərinə dəyişiblər. Təyin olunan penaltini Gerson Rodriges dəqiq yerinə yetirib. Bu, eyni zamanda matçın yekun nəticəsi olub.
Qrupun digər matçında Monteneqro səfərdə Kipr yığmasını 2:0 hesabı ilə üstələyib.
Qeyd edək ki, Azərbaycan millisi qrupda növbəti oyununu sentyabrın 8-də səfərdə Kipr seçməsinə qarşı keçirəcək.
UEFA Millətlər Liqasının I turunun Azərbaycan - Lüksemburq oyununda 3-cü qol vurulub.
"Report"un məlumatına görə, 72-ci dəqiqədə təyin olunan penaltini dəqiq yerinə yetirən qonaqların oyunçusu Gerson Rodriges komandasını hesabda önə çıxarıb.
UEFA Millətlər Liqasının I turunun Azərbaycan - Lüksemburq oyununda hesab dəyişib.
"Report"un məlumatına görə, qonaqlar 48-ci dəqiqədə tarazlığı bərpa ediblər.
Anton Krivotsyuk avtoqol müəllifi olub.
UEFA Millətlər Liqasının I turu çərçivəsində keçirilən Azərbaycan - Lüksemburq matçının ikinci hissəsi başlayıb.
"Report" xəbər verir ki, qarşılaşmanın ilk hissəsi Azərbaycan yığmasının hesabda 1:0 üstünlüyü ilə yekunlaşıb.
Qeyd edək ki, matçda hesab 43-cü dəqiqədə açılıb. Yığmanın hücumçusu Ramil Şeydayev 43-cü dəqiqədə topu rəqibin qapısından keçirib.
UEFA Millətlər Liqasının I turu çərçivəsində keçirilən Azərbaycan - Lüksemburq matçının birinci hissəsi başa çatıb.
"Report" xəbər verir ki, qarşılaşmanın ilk hissəsi Azərbaycan yığmasının üstünlüyü ilə yekunlaşıb.
Qeyd edək ki, matçda hesab 43-cü dəqiqədə açılıb. Yığmanın hücumçusu Ramil Şeydayev 43-cü dəqiqədə topu rəqibin qapısından keçirib.
UEFA Millətlər Liqasının I turu çərçivəsində keçirilən Azərbaycan - Lüksemburq matçında ilk qol vurulub.
"Report"un məlumatına görə, yığmanın hücumçusu Ramil Şeydayev 43-cü dəqiqədə topu rəqibin qapısından keçirib.
Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasının 2020/2021 mövsümündə mübarizəyə başlayıb.
"Report"un məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu kollektiv Bakı Olimpiya Stadionunda Lüksemburq seçməsini qəbul edir.
C liqasının I qrupunun digər matçında isə Kipr və Monteneqro yığmaları üz-üzə gəlirlər.